29 noyabr 2026. Bazar günü

“Real Madrid” doğma meydanda “Alaves”ə məğlub oldu


“Real Madrid” doğma meydanda “Alaves”ə məğlub oldu
Reuters

İspaniya La Liqasının 14-cü turunda Madrid “Real”ı doğma meydanda “Alaves”lə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanı baş hakim Sesar Soto Qrado idarə edib.

Matçda hesabı 22-ci dəqiqədə “Alaves”in hücumçusu Toni Martinez açıb. 61-ci dəqiqədə Anxel Peres qonaqların üstünlüyünü iki topa çatdırıb.

“Real Madrid” 69-cu dəqiqədə Kilian Mbappenin qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. Üstəlik, 88-ci dəqiqədə Cud Bellinqem ikinci sarı vərəqə alaraq meydandan qovulub. İngiltərəli yarımmüdafiəçi simulyasiyaya görə cəzalandırılıb.

Qeyd edək ki, 14 oyundan sonra 33 xalı olan “Real Madrid” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Alaves” isə 19 xalla səkkizinci yerdədir.

Madrid klubu növbəti matçını dekabrın 2-də səfərdə “Real Sosyedad”a qarşı keçirəcək. “Alaves” isə dekabrın 4-də doğma meydanda “Espanyol”u qəbul edəcək.







İspaniya L.L.