30 noyabr 2026. Bazar ertəsi

“Valensiya” səfərdə “Osasuna” ilə heç-heçə etdi


“Valensiya” səfərdə “Osasuna” ilə heç-heçə etdi
championat

Noyabrın 29-da İspaniya La Liqasının 2026/27 mövsümünün XIV turu çərçivəsində “Osasuna” və “Valensiya” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Görüşün ilk qolu ikinci hissədə vurulub. Matçın 63-cü dəqiqəsində Ruben Qarsiya fərqlənərək “Osasuna”nı hesabda önə keçirib.

“Valensiya” isə 11 dəqiqə sonra bərabərlik qolunu vurmağı bacarıb. Huqo Duro 74-cü dəqiqədə rəqib qapısına yol taparaq hesabı 1:1 edib.

Qarşılaşmanın qalan dəqiqələrində hər iki komanda qələbə qolunu vurmağa çalışsa da, tərəflərdən heç biri istəyinə nail ola bilməyib. Beləliklə, komandalar hərəyə bir xalla kifayətləniblər.







İspaniya L.L.

Flik La Liqada tarixi rekorda imza atdı
  • İspaniya L.L.
  • 21:51 29.11.2026
Flik La Liqada tarixi rekorda imza atdı