30 noyabr 2026. Bazar ertəsi

Flik La Liqada tarixi rekorda imza atdı


Flik La Liqada tarixi rekorda imza atdı
Rəsmi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasında tarixi nailiyyətə imza atıb.

90deqiqe.Az xəbər verir ki, kataloniyalılar çempionatın XIV turunda “Deportivo”nu 5:1 hesabı ilə məğlub ediblər. Qarşılaşmada Rafinya het-trik edib, Lamin Yamal və Dani Olmo isə hərəyə bir qol vurublar.

Bu görüş almaniyalı mütəxəssis üçün La Liqada “Barselona”nın baş məşqçisi kimi 90-cı oyun olub. Flik çempionatda ilk 90 matçında 72 qələbə qazanaraq yeni rekorda imza atıb.

Beləliklə, o, daha əvvəl bu göstərici üzrə rekord sahibi olan Xosep Qvardiola və Joze Mourinyunu geridə qoyub. Hər iki mütəxəssis ilk 90 qarşılaşmasında 70 qələbə əldə etmişdi.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edir.







İspaniya L.L.

Flik La Liqada tarixi rekorda imza atdı
  • İspaniya L.L.
  • 21:51 29.11.2026
Flik La Liqada tarixi rekorda imza atdı