- İspaniya L.L.
- 23:50 29.11.2026
İspaniya La Liqasının XIV turunda “Vilyarreal” səfərdə “Selta” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın əsas qəhrəmanı dubl müəllifi olan Jorj Mikautadze olub.
Matçda hesab artıq 3-cü dəqiqədə açılıb. Mikautadze penaltini dəqiq yerinə yetirərək “Vilyarreal”ı hesabda önə keçirib. Lakin meydan sahibləri 30-cu dəqiqədə Ferran Jutqlanın qolu ilə tarazlığı bərpa ediblər.
İkinci hissədə yenidən fərqlənən Mikautadze 54-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq “Vilyarreal”a qələbə qazandırıb.
Qarşılaşmanın qalan dəqiqələrində “Selta” hesabı bərabərləşdirməyə çalışsa da, tərəflərdən heç biri fərqlənə bilməyib. Beləliklə, “Vilyarreal” səfərdən üç xalla ayrılıb.