18 avqust 2026. Çərşənbə axşamı

Real'da yeni rekordçu


Real'da yeni rekordçu
Real İspaniya La Liqasının 13-cu turu çərçivəsində “Eybar”ı 4:0 hesabıyla məğlub edib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu matçda qol buraxmayan “kral klubu”nun qapıçısı Tibo Kurtua, “quru oyunlar” seriyasını 533 dəqiqəyə çatdırıb. 
 
O, bu nəticə ilə Madrid klubunun keçmiş qapıçısı Keylor Navasın rekordunu qırıb. Kosta Rikalı qolkiper “Real”ın heyətində qapısını 517 dəqiqə toxunulmaz saxlaya bilmişdi.
 
Qeyd edək ki, Kurtua “Real”a 2018-ci ildə “Çelsi”dən keçib.






İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib