5 oktyabr 2026. Bazar ertəsi

Atletiko'da ciddi itki


Atletiko'da ciddi itki

Atletiko'nun zədəli futbolçusu Dieqo Kosta tibbi müayinədən keçib.

Corner.az-ın klubun saytına istinadən xəbərinə görə, 31 yaşlı hücumçuda fəqərəarası disk yırtığı aşkarlanıb. Onun yaxın günlərdə əlavə müayinələrdən keçəcəyi bildirilib. Bundan sonra Kostanın əməliyyat olunub-olunmayacağına qərar veriləcək.

İspaniya mətbuatı yazıb ki, təcrübəli futbolçu əməliyyat olunacağı təqdirdə, təxminən aprel ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, D.Kosta bu mövsüm 13 matçda 2 qol vurub.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”