Sevilya Qarabağ'la oyunöncəsi kapitanını itirdi
Avropa Liqasının qrup mərhələsində növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Sevilya” klubu itki ilə üzləşib.
Corner.az xəbər verir ki, komandanın kapitanı Xesus Navas zədələnib.34 yaşlı müdafiəçi La Liqanın 14-cü turunda ötən gecə “Valyadolid”lə görüşdə sıradan çıxıb. Matçın 89-cu dəqiqəsində ayaq əzələsində ağrılar hiss edən futbolçu məcburi əvəzlənməli olub.Komandanın baş məşqçisi Xulen Lopeteqi oyundan sonra keçirilən mətbuat konfransında Navasın durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini deyib: “Oyundan sonra futbolçu ilə danışdım. Navas özünü yaxşı hiss etdiyini bildirdi”.Təcrübəli futbolçunun “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi isə hələlik bilinmir.Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.