5 oktyabr 2026. Bazar ertəsi

Qrizmann Messi ilə münasibətlərindən danışdı


Qrizmann Messi ilə münasibətlərindən danışdı

Barselona'nın futbolçusu Antuan Qrizmann komanda yoldaşları - Lionel Messi və Luis Suareslə arasındakı münasibətlərindən danışıb.

Corner.az-ın İspaniya mətbuatına istinadən xəbərinə görə, fransalı hücumçu bununla bağlı deyib: "Mən çox utancaq biriyəm və çox insanla yaxşı ünsiyyət qurmuram. Mən söhbətə başlaya biləcək adamlardan deyiləm. Ancaq biz Messi və Suareslə tədricən tanış oluruq. Biz artıq birlikdə nahar etmişik".

O bildirib ki, sözügedən futbolçularla münasibəti vaxt keçdikcə yaxşılışacaq: "Bu, meydanda özümüzü daha rahat hiss etməyimizə kömək olacaq".

Qrizmann Messi haqda müsbət fikirlər də səsləndirib: "Yaxın 40 ildə Messi kimi bir oyunçu görməyəcəyik. Onun etdikləri inanılmazdır".

Qeyd edək ki, Qrizmannın Messi ilə pis münasibətləri səbəbindən "Barselona"dan ayrılmaq istədiyi iddia olunurdu.(qol)







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”