5 dekabr 2025. Cümə

Messi 700-cü oyununa çıxır


Messi 700-cü oyununa çıxır

“Barselona”nın futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah  keçiriləcək “Borussiya Dortmund" ilə matç əlamətdar olacaq.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu bu görüşlə Kataloniya təmsilçisində 700-cü matçına çıxacaq. 32 yaşlı hücumçu La Liqa klubunun tarixində bu rəqəmə çatan ikinci futbolçu olacaq. "Barselona"da ən çox oyun keçirən futbolçusu Xavi Hernandesdir (746).

Qeyd edək ki, L.Messinin Barselona'nın heyətində çıxdığı ilk rəsmi görüş 2004-cü ildə “Espanyol”la matç olub.







İspaniya L.L.