29 iyun 2026. Bazar ertəsi

Napoli'dən xal itkisi, Latsio Yuventus'a qalib gəldi


Napoli'dən xal itkisi, Latsio Yuventus'a qalib gəldi

İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, şənbə günü üç görüş baş tutub.

Son turlarda uğursuz nəticələr əldə edən “Napoli” səfərdə “Udineze”nin qonağı olub. Napoli təmsilçisi bu görüşdə də xal itirib.

Turun maraqla gözlənilən qarşılaşması paytaxt Romada keçirilib. “Yuventus” səfərdə “Latsio”nun qonağı olub. Dörd qolun qeydə alındığı matç Turin təmsilçisi məğlub olub.

İtaliya A Seriyası
15-ci tur

6 dekabr

İnter – Roma 0:0

7 dekabr

Atalanta – Verona 3:2
Qol: Malinovski, 44. Muriel, 64. Djimsiti, 90+3 – Di Karmine, 23; 57.

Udineze – Napoli 1:1
Qol: Lasanya, 32 – Zelinski, 69.

Latsio – Yuventus 3:1
Qol: L.Felipe, 45+1. Saviç, 74. Kaysedo, 90+5 – Ronaldo, 25.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı