29 iyun 2026. Bazar ertəsi

Ançelotti istefaya göndərildi


Ançelotti istefaya göndərildi

"Napoli" baş məşqçisi Karlo Ançelotti ilə yolları ayırıb.

Corner.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Neapol təmsilçisinin ÇL-nın son turunda "Genk"i 4:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlməsinə baxmayaraq, klub rəhbərliyi A seriyasındakı uğursuzluğa görə təcrübəli mütəxəssisi istefaya göndərib.

İtaliya mətbuatı yeni baş məşqçi vəzifəsinə Cennaro Qattuzonun gətiriləcəyini yazıb.

Qeyd edək ki, 60 yaşlı baş məşqçi "Genk"lə oyundan sonra istefa verməyi düşünmədiyini açıqlamışdı.








İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı