29 iyun 2026. Bazar ertəsi

Riberi 10 həftə oynamayacaq


Riberi 10 həftə oynamayacaq

"Fiorentina" klubu ciddi itki ilə üzləşib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, komandanın fransalı futbolçusu Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.Buna  səbəb 36 yaşlı yarımmüdafiəçinin A seriyasının 14-cü turunda "Leççe" ilə matçda  ayağından zədələnməsidir. Almaniyada əməliyyat olunan təcrübəli futbolçunun bərpa müddəti təxminən 10 həftə çəkəcək.

Qeyd edək  ki, Riberi bu mövsüm ölkə çempionatında 11 matçda 2 qol vurub.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı