29 iyun 2026. Bazar ertəsi

Napoli'dən növbəti xal itkisi


Napoli'dən növbəti xal itkisi

İtaliya A Seriyasında 16-cı turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında “Breşiya” “Leççe”ni qəbul edib və üç cavabsız qolla qələbə qazanıb. Baş məşqçi postuna Cennaro Qattuzonu gətirən “Napoli” isə öz meydanında “Parma” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyundan da məğlub ayrılıb. “Sampdoriya” isə səfərdə “Cenoa”nın qonağı olub və çətin  qələbə qazanıb.

İtaliya A Seriyası
16-cı tur

14 dekabr

Breşiya – Leççe 3:0
Qol: Çanselyor, 32. Torreqrossa, 44. Spalek, 61.

Napoli – Parma 1:2
Qol: Milik, 64 – Kuluşevski, 4. Jervinyo, 90+3.

Cenoa – Sampdoriya 0:1
Qol: Qabbyadini, 85.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı