İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, Neapol təmsilçisinin müdafiəçisi Kalidu Kulibali A Seriyasının 16-cı turu çərçivəsində keçirilmiş “Parma” ilə görüşdə sıradan çıxıb.
Seneqallı futbolçu matçın 5-ci dəqiqədə aldığı zədə səbəbindən əvəzlənmək məcburiyyətində qalıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 28 yaşlı müdafiəçinin sağ bud əzələsində yaranan zədə onun ən azı bu il yaşıl meydanlardan uzaq qalacaq. Futbolçunun ən yaxşı halda gələn ilin yanvar ayında zədəsinin bərpa etməsi ehtimal olunur.
Qeyd edək ki, cari mövsümdə uğursuz çıxış edən “Napoli” yeni baş məşqçisi Cennaro Qattuzonun rəhbərliyi altındakı ilk oyununda da “Parma”ya 1:2 hesabıyla məğlub olub.