23 oktyabr 2024. Çərşənbə

71 santimetrə tullandığımı bilmirdim - Ronaldo


71 santimetrə tullandığımı bilmirdim - Ronaldo

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya çempionatının 17-ci turunda "Sampdoriya" (2:1) ilə matçda 71 santimetr hündürlüyə tullanaraq vurduğu qələbə topunu şərh edib.

Corner.az xəbər verir ki, portuqaliyalı futbolçu nəticədən məmnun olduğunu qeyd edib. 

"Nəticədən razıyam, bu, çətin oyun idi. "Sampdoriya" çox yaxşı oynayırdı. "Yuventus"un bütün futbolçuları işlərinin öhdəsindən gələ bildilər", - deyə o bildirib.

O, səhhətindəki problemdən də danışıb: "Bütün ay dizimdə problemlər var idi. İndi hər şey keçmişdə qalıb, özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Mən yalnız "Yuventus"a "qalib gəlməyə və titullar qazanmağa kömək etmək istəyirəm".

Futbolçu qeyri-adi nəticəsindən xəbərsiz olduğunu bildirib.

"Qol yaxşı alındı, şadam ki, komandaya üç xal qazanmağa kömək edə bildim. Mən 71 santimetrə tullandım? Bunu bilmirdim", - Ronaldu bildirib.

Qeyd edək ki, Ronaldo bu mövsümdə 10 qol vurub və 1 məhsuldar ötürmə edib. 







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"