21 aprel 2026. Çərşənbə axşamı

İtaliya Superkubokunu Latsio qazandı


İtaliya Superkubokunu Latsio qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “King Saud University” stadionunda “Yuventus” və “Latsio” komandaları arasında İtaliya Super Kuboku uğrunda matç keçirilib.

Corner.az xəbər verir ki, görüş “Latsio” klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 17-ci dəqiqəsində Luis Alberto fərqlənsə də, 45-ci dəqiqədə Paolo Dibala hesaba tarazlıq gətirib.

Qarşılaşmanın ikinci hissəsinin 73-cü dəqiqəsində “Latsio” Senad Luliçin dəqiq zərbəsi ilə yenidən hesabda önə keçib. Görüşdə sonuncu qolu “Latsio”nun futbolçusu Daniel Kataldi qeyd edib.

Bununla da “Latsio” tarixində 5-ci dəfə İtaliya Super Kubokun qalibi olub.







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı