17 mart 2026. Çərşənbə axşamı

Yuventus və İnter'dən qələbə, Milan'dan xal itkisi


Yuventus və İnter'dən qələbə, Milan'dan xal itkisi
İtaliya A Seriyasında 18-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə 6 qarşılaşma keçirilib.
 
“Yuventus” bu turda öz doğma meydanında “Kalyari”ni sınağa çəkib. Ronaldonun het-trikə imza atdığı qarşılaşmada Turin təmsilçisi darmadağınla qalib gəlib. 
 
Heyətini Zlatan İbrahimoviçlə gücləndirən “Milan” isə onun debüt etdiyi matçda “Sampdoriya”nı qəbul edib və görüşdə qalib müəyyənləşməyib.
 
Turun mərkəzi görüşündə “Napoli” öz doğma meydanında lider “İnter”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüşdə Milan təmsilçisi inamlı qələbə qazanıb.
 
İtaliya A Seriyası
18-ci tur
5 yanvar
 
Breşiya – Latsio 1:2
Qol: Balotelli, 18 – İmmobile, 42-pen; 90+1.
 
SPAL – Verona 0:2
Qol: Patsini, 14. Stepinski, 86.
 
Cenoa – Sassuolo 2:1
Qol: Krişito, 29-pen. Pandev, 86 – Obianq, 33.
 
Roma – Torino 0:2
Qol: Belotti, 45+2; 86-pen.
 
6 yanvar
 
Bolonya – Fiorentina 1:1
Qol: Orsolini, 90+4 – Benassi, 27.
 
Milan – Sampdoriya 0:0
 
Atalanta – Parma 5:0
Qol: A.Qomes, 1. Freuler, 34. Qosens, 43. İliçiç, 60; 71.
 
Yuventus – Kalyari 4:0
Qol: Ronaldo, 49; 67-pen; 82. İquayn, 81.
 
Leççe – Udineze 0:1
Qol: De Paul, 88.
 
Napoli – İnter 1:3
Qol: Milik, 39 – Lukaku, 14; 33. Martines, 62.






İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə