Lukakuya eşşək deyirlər, o, yonulmamış almazdı - Konte
'İnter"in baş məşqçisi Antonio Konte futbolçusu Romelu Lukaku haqda danışıb.
Corner.az xəbər verir ki, italiyalı mütəxəssis son vaxtlar yaxşı formada olan 26 yaşlı hücumçunu tərifləyib:“Eşitmişəm ki, insanlar onu eşşək adandırırlar. Bunu ilk dəfə deyil ki, eşidirəm. Ancaq həmişə demişəm ki, Lukaku emal edilməli olan, yonulmamış almazdır. Lukakunu “Çelsi”də, hətta “Yuventus”da işləyəndə də komandamda görmək istəyirdim. İndi almaz kəsməyə başlaya bilərəm”.Qeyd edək ki, belçikalı forvard bu mövsüm A Seriyasında 18 oyuna 14 qol vurub, 2 qol ötürməsi edib.(qol)