İtaliya A Seriyasında 19-cu turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, dünən daha altı qarşılaşma baş tutub.
“Udineze” “Sassuolo”nu, “Fiorentina” SPAL-ı, “Sampdoriya” “Breşiya”nı, “Torino” “Bolonya”nı, “Verona” “Cenoa”nı məğlub edib.
Turun mərkəzi görüşündə isə “Yuventus” səfərdə “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı görüşdə Turin təmsilçisi qələbə qazanıb.
İtaliya A Seriyası
19-cu tur
11 yanvar
Kalyari – Milan 0:2
Qol: Leao, 46. İbrahimoviç, 64.
Latsio – Napoli 1:0
Qol: İmmobile, 82.
İnter – Atalanta 1:1
Qol: L.Martines, 4 – Qosens, 75.
12 yanvar
Udineze – Sassuolo 3:0
Qol: Okaka, 14. Sema, 68. Da Paul, 90+1.
Fiorentina – SPAL 1:0
Qol: Petsella, 82.
Sampdoriya – Breşiya 5:1
Qol: Linetti, 34. Yankto, 45+3. Kvalyarella, 69; 90+2. Kaprari, 77 – Çanselyor, 12.
Torino – Bolonya 1:0
Qol: Berenger, 11.
Verona – Cenoa 2:1
Qol: Verre, 55. Zakkanyi, 65 – Sanabria, 41.
Roma – Yuventus 1:2
Qol: Perotti, 68-pen – M.Demiral, 3. Ronaldo, 10-pen