12 may 2026. Çərşənbə axşamı

Yuventus Merihi itirdi


Yuventus Merihi itirdi

İtaliya A seriyasının 19-cu turunda "Roma" üzərində səfər qələbəsi qazanan "Yuventus" (2:1) futbolçusunu itirib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Merih Demiral sıradan çıxıb.

3-cü dəqiqədə hesabı açan türkiyəli müdafiəçi 19-cu dəqiqədə zədələnərək, yerini Matteys de Liqtə verib. Top uğrunda hava mübarizəsindən sonra yerə uğursuz eniş edən Merihin əzələ yırtığı olması ehtimalı var. Daha dəqiq diaqnoz bu gün tibbi müayinədən sonra bəlli olacaq.

Həmin qarşılaşmada həmçinin "Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolo da sıradan çıxıb.Zaniolo isə Cengiz Ünderlə əvəzlənib.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi