29 iyun 2026. Bazar ertəsi

Roma futbolçusunu itirdi


Roma futbolçusunu itirdi

İtaliya A seriyasının 19-cu turunda "Yuventus"la qarşılaşan "Roma" ciddi itki ilə üzləşib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, paytaxt klubunun yarımmüdafiəçisi Nikolo Zaniolo sıradan çıxıb.

Qarşılaşmanın 31-ci dəqiqəsində ciddi xəsarət alan gənc futbolçu meydanı göz yaşları içində xərəkdə tərk edib. Artıq tibbi müayinədən keçən 20 yaşlı futbolçunu çarpaz bağlarının qopduğu müəyyənləşib. Bu isə italiyalı futbolçunun mövsümü başa vurması deməkdir. Zaniolo bu gün əməliyyat olunacaq.

Qeyd edək ki, "Roma" - "Yuventus" görüşü ikincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı