23 oktyabr 2024. Çərşənbə

Rəqabətə hazıram - Beqoviç


Rəqabətə hazıram - Beqoviç

"Milan"ı seçdim, çünki bu, mənim üçün böyük bir çağırış idi. Fantastik tarixi, inanılmaz azarkeşləri və vacib ambisiyaları olan dünyanın ən yaxşı klublarından birindəyəm".

Corner.az xəbər verir ki, bu sözləri "Milan"ın yeni transferi Asmir Beqoviç klubun rəsmi saytına açıqlamasında deyib.

Bosniyalı qolkiper daha sonra söyləyib: "İngiltərədə bir neçə il keçirdikdən sonra yeni çempionatda və yeni ölkədə oynamağa hazır idim. Bu fürsəti əldə etdiyim üçün çox həyəcanlıyam və işə başlamağım üçün gözləyə bilmirəm".

O, komandanın qapıçısı Canluici Donnarumma ilə rəqabətə hazır olduğunu bildirib: "Canluici  dünyanın ən yaxşı gənc qapıçılarından biridir. Mən ona kömək etməyə və rəqabət aparmağa hazıram. Mənim üçün burada olmaq böyük şərəfdir. Donnarumma artıq çox güclüdür, onun mənim məsləhətlərimə ehtiyacı yoxdur. Ancaq məşqlərdə mən ona kömək etməyə çalışacağam".

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan A. Beqoviç  mövsümün ilk yarısını "Qarabağ"da keçirib.(qol)







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"