23 oktyabr 2024. Çərşənbə

İbrahimoviçin 38 yaşı var, amma hələ də rəqiblərini qorxudur - Çalhanoğlu


İbrahimoviçin 38 yaşı var, amma hələ də rəqiblərini qorxudur - Çalhanoğlu

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu komandaya yeni transfer olunan isveçli ulduz  Zlatan İbrahimoviçi tərifləyib. 

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi 38 yaşlı hücumçunun  komandaya keçidinin uğurlu olduğunu söyləyib: "Zlatan "Milan"a gələndən sonra azarkeşlər çox xoşbəxt oldu.  İbrahimoviçin gəlişi ilə komanda daha yaxşı vəziyyətə gəldi. "Milan"ın onun kimi bir liderə ehtiyacı var. Sadəcə varlığı belə yaxşı əhval-ruhiyyə yaratdı. Zlatanın vəziyyəti müzakirə olunmamalıdır. Onun 38 yaşı var, amma hələ də rəqiblərini qorxuda bilir. Ondan şəxsiyyət olaraq çox şey öyrənirəm. Mənə nə etdiyimi açıq şəkildə deyir, hansı səhvlərə yol verdiyimi göstərir. İbrahimoviçin çoxlu türk dostu var. Türklərin istiqanlı olduğunu və onları çox sevdiyini dedi. Türkcə bir neçə söz deyərək, məni təəccübləndirdi. Hətta, türkcə mahnılar dinləyidini də söylədi. Mənimlə və ölkəmlə maraqlanmağı məni sevindirdi".(qol)







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"