14 avqust 2026. Cümə

İbrahimoviçdən daha bir rekord


İbrahimoviçdən daha bir rekord
"Milan”ın futbolçusu Zlatan İbrahimoviç daha bir rekorda imza atıb.

Corner.az xəbər verir ki, isveçli hücumçu A Seriyasında ən tez 150 qələbə həddinə çatan futbolçu olub. Onun rekordu 20-ci turda bu gün “Udineze”yə qalib gəldikləri (3:2) matçda qeydə alınıb.

İbrahimoviç “İnter”in keçmiş futbolçusu Esteban Kambyassonun rekordunu yeniləyib. Argentinalı 230 matçda 150 qələbəyə sevinmişdisə, Zlatan 222-ci oyunda buna nail olub.

Qeyd edək ki, 38 yaşlı forvard “Milan”a qayıdışından sonra 3 oyuna 1 qol vurub.  O, 2010-2012-ci illərdə də “qırmızı-qaralar”da çıxış edib.(qol)





İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"