5 dekabr 2025. Cümə

İnter'dən növbəti xal itkisi, Yuventus qələbə qazandı


İnter'dən növbəti xal itkisi, Yuventus qələbə qazandı
İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
Lider “Yuventus” öz doğma meydanında “Parma” ilə qarşılaşıb və Ronaldonun dublu sayəsində qələbə qazanıb. 
 
Son turda “Atalanta” ilə matçda xal itirən “İnter”, bu dəfə də səfərdə “Leççe”nin qonağı olub. Milan təmsilçisi bu görüşdə də xal itirib. 
 
“Milan” doğma meydanında “Udineze”ni qəbul edib və çətin qələbə qazanıb. 
 
“Roma” isə səfərdə “Cenoa”nun qonağı olub və qalib ayrılıb.
 
İtaliya A Seriyası
20-ci tur
18 yanvar
 
Latsio – Sampdoriya 5:1
Qol: Kaysedo, 7. İmmobile, 17-pen; 20; 65. Bastos, 54 – Linetti, 70.
 
Sassuolo – Torino 2:1
Qol: Boqa, 61. Berardi, 73 – Lokatelli, 20-öz qapısına.
 
Napoli – Fiorentina 0:2
Qol: Kyeza, 26. Vlahoviç, 74.
 
19 yanvar
 
Milan – Udineze 3:2
Qol: Rebiç, 48; 90+3. T.Ernandes, 72 – Larsen, 6. Lasanya, 85.
 
Bolonya – Verona 1:1
Qol: Bani, 21 – Borini, 81.
 
Breşiya – Kalyari 2:2
Qol: Torreqrossa, 27; 49 – J.Pedro, 21; 68-pen.
 
Leççe – İnter 1:1
Qol: Mankosu, 77 – Bastoni, 72.
 
Cenoa – Roma 1:3
Qol: Pandev, 45 – C.Ünder, 6. Biraski, 44-öz qapısına. Dzeko, 74.
 
Yuventus – Parma 2:1
Qol: Ronaldo, 43; 58 – Kornelius, 55.






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”