5 dekabr 2025. Cümə

Prezident kluba verilən cərimənin azarkeşlərin ödəməyini istədi


Prezident kluba verilən cərimənin azarkeşlərin ödəməyini istədi

UEFA "Latsio"nu 50 min avro məbləğində cərimələyib.

Corner.az "Corriere dello Sports"a istinadən xəbər verir ki, buna  İtaliya təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsində  "Renn"lə oyunda (2:1) "Roma salamı" verərək, irqçiliyə dair şüarlar səsləndirməsi olub.

Klub prezidenti Klaudio Lotito isə həmin məbləği azarkeşlərə ödətdirmək fikrindədir. O, bununla bağlı baş verənlərdə təqsirkar bilinən 16 azarkeşə məktub göndərib.

Məktubda həmin azarkeşlər 3 min avro məbləğində pul ödəməyə dəvət edilib. Bundan başqa, onlar 3 oyunluq stadiondan uzaqlaşdırılıb.(qol)







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”