14 avqust 2026. Cümə

A seriyasından Kobe Bryantın xatirəsinə hörmətsizlik


A seriyasından Kobe Bryantın xatirəsinə hörmətsizlik

A seriyası əfsanəvi basketbolçu Kobe Bryantın faciəli ölümü ilə bağlı “Milan”ın keçirmək istədiyi aksiyaya qarşı çıxıb.

Corner.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Torino” ilə ölkə kubokunun 1/4 final matçına qara sarğı ilə çıxmaq, bununla da Brayantın xatirəsinə ehtiramlarını ifadə etmək istəyiblər. Lakin liqa rəhbərliyi hələlik bəlli olmayan səbəblərdən bu ideyanın əleyhinə olub.

İddia edilir ki, A seriyasıın bu mövqeyinə baxmayaraq, “Milan” nəzərdə tutduğu aksiyanı gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, “Milan” – “Torino” oyunu bu gün Bakı vaxtı ilə saat 23.45-də “San-Siro” stadionunda başlayacaq.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"