29 iyun 2026. Bazar ertəsi

Buffon karyerasını başa vurur?


Buffon karyerasını başa vurur?

“Yuventus”un qapıçısı Canluici Buffonun agenti Silvana Martina futbolçunun gələcək karyerası ilə bağlı açıqlama verib.

Corner.az xəbər verir ki, o, İtaliya mətbuatına müsahibəsində 42 yaşlı qolkiperin mart ayında klub rəhbərliyi ilə görüşəcəyini deyib:

“Bilmirəm, o nə edəcək. Güman edirəm ki, heç o özü də gələcək karyerası barədə nəsə bilmir. Mart klub rəhbərliyi ilə görüşəcəyik və o zaman sonra nə olacağına baxacağıq”.

Xatırladaq ki, Buffon ötən yay PSJ-dən “Yuventus”a qayıdıb. O, bu mövsüm 7 oyunda meydana çıxıb.(qol)







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı