15 dekabr 2025. Bazar ertəsi

Sassuolo Roma'nı məğlub etdi


Sassuolo Roma'nı məğlub etdi
İtaliya A Seriyasında 22-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
Açılış matçında “Bolonya” öz meydanında “Breşiya”nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb. Dörd qolun qeydə alındığı “Kalyari” – “Parma” matçında isə qalib müəyyənləşməyib. “Roma” da səfərdə “Sassuolo”nın qonağı olub. Altı qolun qeydə alındığı bu görüşdə “Sassuolo” paytaxt təmsilçisi üzərində inamlı qələbə qazanıb.
 
İtaliya A Seriyası
22-ci tur
1 fevral
 
Bolonya – Breşiya 2:1
Qol: Orsolini, 43. Bani, 89 – Torreqrossa, 36-pen.
 
Kalyari – Parma 2:2
Qol: J.Pedro, 19. Simeone, 54 – Kuçka, 42. Kornelius, 90+4.
 
Sassuolo – Roma 4:2
Qol: Kaputo, 7; 16. Dyuriçiç, 26. Boqa, 74 – Dzeko, 55. Veretu, 72-pen.






İtaliya S.A.

 “İnter”dən inamlı qələbə
  • İtaliya S.A.
  • 23:12 14.12.2025
“İnter”dən inamlı qələbə
“Napoli” “Udineze”yə uduzdu
  • İtaliya S.A.
  • 21:39 14.12.2025
“Napoli” “Udineze”yə uduzdu
“Komo” hücumçusunu itirdi
  • İtaliya S.A.
  • 21:07 12.12.2025
“Komo” hücumçusunu itirdi