- İtaliya S.A.
- 15:41 21.11.2024
İtaliyanın "Breşiya" klubu baş məşqçisi Eudjenio Korini ilə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Korini bu mövsüm ikinci dəfə "Breşiya"dan göndərilib. İtaliyalı məşqçi ilk olaraq 2019-cu ilin noyabrında komandadan göndərilmişdi. O, ötən ilin dekabr ayında yenidən baş məşqçi postuna gətirilmişdi.
Qeyd edək ki, "Breşiya" İtaliya A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu pillədə qərarlaşıb