17 mart 2026. Çərşənbə axşamı

İnter'dən tarixi geri dönüş


İnter'dən tarixi geri dönüş
İtaliya A Seriyasında 23-cü turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
SPAL öz meydanında Sassuolo'ya uduzub. “Breşiya” – “Udineze” matçında qalib müəyyənləşməyibsə, “Cenoa” “Kalyari”ni məğlub edib.
 
“Napoli” öz meydanında “Leççe” yə məğlub olub. “Latsio” isə səfərdə “Parma”nı  minimal hesabla məğlub edib.
 
Turun mərkəzi görüşü Milanda baş tutub. “İnter” və “Milan” klubları münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matçda qonaq komanda 2:0 öndə olmasına baxmayaraq, sonda meydandan məğlub ayrılıb.
 
İtaliya A Seriyası
23-cü tur
7 fevral
 
Roma – Bolonya 2:3
Qol: Densvil, 22-öz qapısına. Mxitaryan, 72 – Orsolini, 16. Berrou, 26; 51.
 
8 fevral
 
Fiorentina – Atalanta 1:2
Qol: Kyeza, 32 – Sapata, 49. Malinovski, 72.
 
Torino – Sampdoriya 1:3
Qol: Verdi, 55 – Ramires, 70; 75. Kvalyarella, 79-pen.
 
Verona – Yuventus 2:1
Qol: Borini, 76. Patsini, 85 – Ronaldo, 65.
 
9 fevral
 
SPAL – Sassuolo 1:2
Qol: Bonifazi, 23 – Kaputo, 65-pen. Boqa, 90.
 
Breşiya – Udineze 1:1
Qol: Bisoli, 81 – De Paul, 90+3.
 
Cenoa – Kalyari 1:0
Qol: Pandev, 43.
 
Napoli – Leççe 2:3
Qol: Milik, 48. Kallexon, 90 – Lapadula, 29; 61. Mankosu, 82.
 
Parma – Latsio 0:1
Qol: Kaysedo, 41.
 
İnter – Milan 4:2
Qol: Brozoviç, 51. Vesino, 54. De Vrey, 70. Lukaku, 90+3 – Rebiç, 40. İbrahimoviç, 45+1.






İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə