29 iyun 2026. Bazar ertəsi

Pyaniçi pendirə bənzətdi


Pyaniçi pendirə bənzətdi

"Yuventus"un sabiq prezidenti Covanni Kobolli Gigli komandanın futbolçusu Miralem Pyaniç haqda danışıb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bosniyalı yarımmüdafiəçini "Mozzarella" pendirinə bənzədib:

"Pyaniç "Mozzarella"ya bənzəyir. Yorğun görünür, bəlkə də istirahətə ehtiyacı var.  Komandada, xüsusilə də yarımmüdafiə xəttində böyük problemlər var. Sarrini hər zaman tənqid etmişəm. Amma bir az problem olan kimi kiminsə qovulmağından xoşum gəlmir". (qol)







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı