14 avqust 2026. Cümə

Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm - Buffon


Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm - Buffon

“Yuventus”un qapıçısı Canluicci Buffon İtaliya kubokunun yarımfinalında “Milan”la oyundan sonra (1:1) maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki, 42 yaşlı qolkiper "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini ilə forma dəyişdirməsi haqda deyib: “Kolleksiyamda Kyeza, Türam və Veanın həm özlərinin, həm də oğullarının formaları var idi. İndi isə Maldininin oğlundan forma aldım. Artıq onların nəvələrini gözləyirəm”.

Qeyd edək ki, 2001-ci ildən “Yuventus”da çıxış edən Buffon 2018-2019 mövsümündə PSJ-də oynayıb, ötən il isə yenidən Turin klubuna qayıdıb.(qol)






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"