30 sentyabr 2026. Çərşənbə

Yuventus'da yeni müqavilə


Yuventus'da yeni müqavilə

"Yuventus" futbolçusu Corcio Kyellini ilə yolları ayırmaq niyətində deyil.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 35 yaşlı müdafiəçiyə 1 illik müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, C.Kyellini 2005-ci ildən "qoca sinyora"da çıxış edir. O, bu müddət ərzində 508 matça çıxaraq 36 qol vurub və 20 qolun ötürməsi ilə yadda qalıb.







İtaliya S.A.