İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, sonuncu oyun gününə altı qarşılaşma nəzərdə tutulsa hamısı baş tutmayıb.
Onlardan yalnız ikisi baş tutub. “Latsio” səfərdə “Cenoa” üzərində çətin qələbə qazanıb. “Roma” isə doğma meydanda “Leççe”ni darmadağınla məğlub edib.
“Atalanta” – “Sassuolo”, “Torino” – “Parma”, “Verona” – “Kalyari” və “İnter” – “Sampdoriya” matçları isə koronavirus təhlükəsi səbəbi ilə təxirə salınıb.
İtaliya A Seriyası
25-ci tur
21 fevral
Breşiya – Napoli 1:2
Qol: Çanselyor, 26 – İnsinye, 50. Ruis, 54.
22 fevral
Bolonya – Udineze 1:1
Qol: Palasio, 90+2 – Okaka, 33.
SPAL – Yuventus 1:2
Qol: Petanya, 69-pen – Ronaldo, 39. Remzi, 60.
Fiorentina – Milan 1:1
Qol: Pulqar, 84-pen – Rebiç, 56.
23 fevral
Cenoa – Latsio 2:3
Qol: Kassata, 57. Krişito, 89-pen – Maruşiç, 2. İmmobile, 51. Kataldi, 71.
18:00 Atalanta – Sassuolo
18:00 Torino – Parma
18:00 Verona – Kalyari
Roma – Leççe 4:0
Qol: C.Ünder, 13. Mxitaryan, 37. Dzeko, 69. Kolarov, 80