11 may 2026. Bazar ertəsi

Performansımız ÇL-sı səviyyəsinə uyğun gəlmədi - Sarri


Performansımız ÇL-sı səviyyəsinə uyğun gəlmədi - Sarri

"Yuventus" un baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Lion"a məğlub olduqları (0:1) oyunu şərh edib.

Corner.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının çıxışından narazı olduğunu bildirib:

"İlk 45 dəqiqəni çox yavaş oynadıq. İkinci hissədə hər şey daha yaxşıdı idi. Ancaq Çempionlar Liqasında sərfəli nəticə qazanmaq üçün bir hissə kifayət etmir. Onlara sürətli oynamalı olduğumuzu çatdıra bilmirəm. Bütün problem burdan başlayır. Halbuki məşqlərdə daha sürətli hərəkət edirik. Hücumda aqressivlik  yox idi. Açığı, performansımız Çempionlar Liqası səviyyəsinə uyğun gəlmədi. Futbolçulara sona qədər çox yavaş olduqlarını bildirdim. Son vaxtlar meydanda məşqdə çalışdıqlarımızın əksini edirik”.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi