28 yanvar 2026. Çərşənbə

Yuventus - İnter oyunu təxirə salındı


Yuventus - İnter oyunu təxirə salındı

İtaliya A Seriyasının 26-cı turunun bu həftəsonu keçirilməli olan 5 oyunu təxirə salınıb.

Corner.az A Seriyanın rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Görüşlər mayın 13-də keçiriləcək.

Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.

Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınıb.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”