29 iyun 2026. Bazar ertəsi

Milan'da istefa - RƏSMİ


Milan'da istefa - RƏSMİ
 “Milan”ın baş direktoru Zvonimir Boban vəzifəsindən ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub  9 ay komandada çalışan Bobana təşəkkür edib.
 
“Milan”ın icraçı direktoru İvan Qazidis Bobandan xəbərsiz baş məşqçi postu üçün Ralf Ranqniklə danışıqlar aparıb. Bu isə Boban tərəfindən narazılıqla qarşılanmışdı.
 
Qeyd edək ki, Boban ötən ilin yayından “Milan”da çalışırdı.






İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı