23 oktyabr 2024. Çərşənbə

Nazirlik A Seriyasının dayanmasını tələb etdi


Nazirlik A Seriyasının dayanmasını tələb etdi
İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.

Corner.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məumat yayıb. Ölkədə yayılan koronavirus epidemiyasına görə nazirlik bu tələbi edib.

Bu səbəbdən A seriyasının 26-cı turunun bu gün Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan “Parma” – SPAL oyununda futbolçular meydana çıxandan sonra yenidən soyunub-geyinmə otağına qayıdıblar.

Lakin görüş Bakı vaxtı ilə saat 16:45-də yenidən başlayıb. Hazırda matçın 2-ci hissəsi gedir. Nazirliyin tələbinə baxmayaraq, turun digər iki oyunu da başlayıb.

İtaliya Futbol Federasiyasının martın 10-da növbədənkənar iclas keçirəcəyi və A Seriyasının dayandırılıb-dayandırılmaması haqda qərar verəcəyi bildirilir.

Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada aprelin 3-dək bütün idman yarışları azarkeşsiz keçiriləcək.(qol)





İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"