14 avqust 2026. Cümə

Yuventus'un 121 əməkdaşı karantinə alındı


Yuventus'un 121 əməkdaşı karantinə alındı
“Yuventus”un əməkdaşları könüllü karantinə yollanıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Bu qərar “Yuventus”un futbolçusu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul edilib.
 
Ümumilikdə 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.
 
Turin klubunun  futbolçusu Kriştiano Ronaldo isə hazırda vətəni Portuqaliyada karantinə alınıb. O, təhlükəsizlik səbəbindən həkim nəzarəti altına götürülüb.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"