14 avqust 2026. Cümə

Sampdoriya'da koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı


Sampdoriya'da koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı

taliyanın "Sampdoriya" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.


Corner.az-ın məlumatına görə, bu, polşalı müdafiəçi Bartoş Bereşinskidir.

27 yaşlı futbolçu Genuya təmsilçisinin koronavirus testi müsbət nəticələnən 7-ci oyunçusudur. Daha əvvəl Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Morten Torsbyu, Antonio La Qumina və Fabio Dapaoliyə belə bir diaqnoz qoyulub.

Beləliklə, İtaliyada koronaviruslu futbolçuların sayı 11-ə çatıb. "Sampdoriya"nın oyunçularından əlavə, "Yuventus"dan Daniele Ruqani, "Fiorentina"dan isə Duşan Vlahoviç, Patrik Kutrone və Xerman Pesselyadan da COVİD-19 virusu tapılıb. (report)







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"