- İtaliya S.A.
- 15:41 21.11.2024
“Bütün şəhər bağlanıb, restoranlar fəaliyyət göstərmir. Küçələr tamam boşdur.Yalnız supermarketlər açıqdır. Bir az yemək ala bilərsiniz və sonra birbaşa evinizə qayıtmalısınız. Bu, dəlilikdir"
Corner.az xəbər verir ki, Milan'ın qapıçısı Asmir Beqoviç koronavirus epidemiyasının ən çox yayıldığı ölkələrdən olan İtaliyadakı vəziyyəti şərh edərkən bildirib:
“Düşünürsən ki, bu bir filmdir. Əvvəllər belə şey görməmişdim. Bu durum İtaliyaya çox ağır gəlir. Hərdən digər komandanın oyunçularını görürük. Məşq keçməməyimiz qəribədir. Bu müddətdə filmlər izləməyə çalışıram”.
Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviç mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. Onun "Milan"la icarə müddəti mövsümün sonunda bitir.