- İtaliya S.A.
- 15:41 21.11.2024
"Sampdoriya" klubunda koronavirusa yoluxanların sayı 15-ə çatıb.
Corner.az "Sport.cz" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın futbolçusu Yakub Yankto məlumat verib.
24 yaşlı çexiyalı oyunçu bildirib ki, virusa yoluxan yoldaşları ilə sıx əlaqədə olub: "Hazırda klubda 15 nəfər bu virusa yoluxub, amma bəlkə də daha çoxdur. Koronavirusa yoluxmadığıma əmin ola bilmirəm, amma hazırda özümü yaxşı hiss edirəm və ümid edirəm ki, yoluxmamışam. Bəlkə də, virusun daşıyıcısıyam, amma bu barədə məlumatım yoxdur".
Qeyd edək ki, İtaliya A Seriyası koronavirusa görə aprelin əvvəlinə kimi təxirə salınıb. Ölkədə koronavirusa görə ölənlərin sayı 3 minə çatır. Daha öncə "Sampdoriya"da koronavirusa yoluxan futbolçuların sayının 7 olduğu bəlli olub.(report)