23 noyabr 2024. Şənbə

Lukaku xəstəxanaya 100 min bağışladı


Lukaku xəstəxanaya 100 min bağışladı

İtaliyanın bir neçə futbol klubu koronavirusa qarşı mübarizə üçün yardım aksiyasına başlayıb.

Corner.az xəbər verir ki, "Roma"nın futbolçuları və texniki heyəti 1 günlük maaşlarını pandemiya ilə mübarizə üçün bağışlayıb. Klubun verdiyi açıqlamada prezident Cim Palottanın 50.000 avro məbləğində köməklik etdiyi, hədəf kimi isə 500.000 avro toplamaq istədikləri bildirilib. Hazırda toplanan məbləğ isə 460.000 avrodur.

"İnter"in futbolçusu Romelu Lukaku isə daha böyük yardım göstərib. Bundan əvvəl xəstəxanalara 300.000 maska bağışlayan belçikalı hücumçu bu dəfə Tvitter səhifəsindəki paylaşımında Milanda yerləşən "San Rafaele" xəstəxanasına 100.000 avro yardım etdiyini yazıb:

"Həssas bir dövr keçiririk. Birlik olmalı və evdə qalmalıyıq. İtaliya mənə görə,    inanılmaz ölkədir və mənim və ailəm üçün çox şey edib. Buna görə də ölkəyə köməklik etmək istəyirəm. Milandakı "San Rafaele" xəstəxanasına 100.000 avro bağışlayıram".

Qeyd edək ki, bundan əvvəl "Milan"ın futbolçusu, isveçli ulduz Zlatan İbrahimoviç də sosial şəbəkə hesablarında paylaşım edərək, aksiyaya başladığını bildirmişdi.(qol)







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi