29 iyun 2026. Bazar ertəsi

Çempionatın bərpa ediləcəyinə inanmıram - Pastore


Çempionatın bərpa ediləcəyinə inanmıram - Pastore
"Mövsümün necə bitəcəyini birlikdə görəcəyik. Ancaq məncə, mövsümü başa vurmaq mümkün olmayacaq".
 
Corner.az xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Xavyer Pastore İtaliya mətbuatına açıqlamasında deyib.

Argentinalı yarımmüdafiəçi məşqlərin də dayandırıldığı üçün A Seriyasının bərpasına inanmadığını bildirib: "Uzun müddətdir fasilədir və bu, xeyli davam edir. Yenidən oyunlara hazır olmağımız üçün 20-30 gün məşq etməliyik. Onsuz da ölkə xaricində gedən futbolçular üçün 14 günlük karantin lazımdır. Bu səbəbdən çempionatın bərpa ediləcəyinə inanmıram".

Qeyd edək ki, 26-cı turda dayandırılan A Seriyasında turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.(qol)





İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı