23 oktyabr 2024. Çərşənbə

Dad və qoxu hissini itirmişəm - Maldini


Dad və qoxu hissini itirmişəm - Maldini

"Mən yaxşıyam. Xəstəliyin ən pis dövrünü geridə qoymuşam. Amma hələ öskürək var".

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Milan"ın idman direktoru Paulo Maldini deyib. Koronavirusa yoluxan əfsanəvi futbolçu bu virusun əlamətlərindən danışıb. O qeyd edib ki, tam yaxşılaşmasa da, özünü normal hiss edir: 

"Dad və qoxu hissini itirmişəm. Ümid edirəm ki, tezliklə bunlar da düzələcək. Koronavirus bir az xoşagəlməz qripə oxşayır. Bu, adi qrip deyil. Mən öz orqanizmimi bilirəm. Ağrılar xüsusilə güclü hiss olunur. Sinəndə təzyiq hiss edirsən. Bu, yeni bir virusdur.

Tanımadığımız bir düşmənlə vuruşuruq. İlk simptomlarını martın 5-də hiss etdim. Dizlərimdə və əzələmdə ağrılar vardı. Hərarətim isə 38-dən çox deyildi. Ertəsi gün məşq bazasına getməli idim. Lakin evdə qalmağa məcbur oldum".

Xatırladaq ki, Paulo Maldininin oğlu Daniel Maldini də koronavirus epidemiyasına yoluxub(qol)







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"