23 noyabr 2024. Şənbə

Yuventus'da narazılıq – Vəfasızlıq edən kimlərdir?


Yuventus'da narazılıq – Vəfasızlıq edən kimlərdir?

“Yuventus”un prezidenti Andrea Anyelli koronavirus pandemiyası zamanı bəzi futbolçularının hərəkətindən narazı qalıb.

Corner.az “Daily Mail” nəşrinə istinadən yazır ki, Sami Xedira, Miralem Pyaniç, Duqlas Kosta və Qonsalo İquain evə qayıtmaq üçün razılıq alıblar. Klub onları vətənlərinə xüsusi təyyarədə göndərib. Bildirilir ki, “Yuventus” ağır mərhələdə kimin Turində qaldığını, kimin isə qalmadığını unutmayacaq.

Anyelli xüsusən koronavirusa yoluxan Paulo Dibalanın İtaliyada qalmaq qərarını yüksək qiymətləndirib. Məlumata görə, bu fakt futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlarda müsbət rol oynaya bilər. İquain, Kosta, Pyaniç və Xediraya gəlincə, onları mövqeləri zəifləyir. Klub rəhbərliyi onların çətin zamanda təcili geri qayıtmasından məyus olub.

Əsasən Duqlas Kostanın davranışı xoş olmayıb. O,  İnstaqramda sevgilisi Natalia Felikslə velosiped sürdüyünun, həmçinin hovuzdan fotolarını yayımlayıb. İquanin vəziyyətinə isə klub anlayışla qəbul edə bilər. Çünki futbolçu Argentinada xəstə olan anasına baş çəkməyə gedib. "Yuventus"da həm də ona qəzəblidirlər ki, bəzi oyunçular qayıdandan dərhal sonra komanda tam heyətlə məşq edə bilməyəcək. Çünki hazırda xaricdə olan futbolçular İtaliyaya gələrkən 15 gün təcrid vəziyyətində qalmalı olacaqlar. 

Hazırda Portuqaliyada olan Kriştiano Ronaldoya gəlincə, bununla bağlı klubda fikirlər fərqlidir. Qeyd edilir ki, digərlərindən fərqli olaraq, Ronaldo vətəninə qayıtdıqdan sonra beynəlxalq uçuçlara qadağa qoyulub və o, geri dönə bilməyib.(qol)







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi