29 iyun 2026. Bazar ertəsi

İtaliya A Seriyası yenidən təxirə salınır


İtaliya A Seriyası yenidən təxirə salınır

İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə təxirə salındığı mayın 3-də başlamayacaq.

Corner.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib.

Onun sözlərinə görə, liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcək: "A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı