29 iyun 2026. Bazar ertəsi

Napoli'nin futbolçusundan nümunəvi addım


Napoli'nin futbolçusundan nümunəvi addım

 "Napoli"nin futbolçusu Arkadiuş Milik xeyirxah addımı ilə gündəmə gəlib.

Corner.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun ölkəsinin Katovitse şəhərindəki restoranı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar xəstəxanaları yeməklə təmin edir.

Bu barədə polşalı futbolçu özünün şəxsi "İnstagram" hesabında paylaşıb. Hazırda məkan ziyarətçilər üçün qapalı olsa da, şəhərdəki tibb müəssisələrinə yemək çatdırılır.

Qeyd edək ki, Polşada 1 771 nəfər koronavirusa yoluxub. Onlardan 20-si dünyasını dəyişib. 







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı