- İtaliya S.A.
- 15:41 21.11.2024
“Yuventus” koronavirus pandemiyası ilə əlaqədar kluba dəyən maddi ziyana görə Kriştiano Ronaldonu sata bilər.
Corner.az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, mövsüm bərpa olunandan sonra Turin təmsilçisinin iqtisadi problemlər səbəbindən 35 yaşlı hücumçuya eyni maaşı vermək ehtimalı azdır.
Hazırda portuqaliyalı futbolçu “Yuventus”dan ildə 31 milyon avro qazanır.
Bildirilib ki, problemi həll etməyin yolu Ronaldonu başqa kluba satmaqdır. Klub 70 milyon avro kimi təklifləri nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, Ronaldo bu mövsüm “Yuventus” forması ilə 32 oyuna 25 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.